Qadin.NET / Azərbaycanın ilk peşəkar velosiped komandası mövsümə Yeni Zelandiyada start verir

Azərbaycanın ilk peşəkar velosiped komandası mövsümə Yeni Zelandiyada start verir

 

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku Cycling Project" 2014-cü ilə Yeni Zelandiyada keçiriləcək 2.2 kateqoriyalı "Cycle Classic" veloyürüşü ilə start verir.Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 29-da start götürəcək 5 mərhələli yarışda 5 velosipedçimiz mübarizə aparacaq. Bunlar almaniyalı Daniel KlemeKristofvə Maykl Şvayzer qardaşları, avstraliyalı Patrik Leyn və həmvətənimiz Elçin Əsədovdur.Qeyd edək ki, yarışda 20 komandanın tərkibində 100 velosipedçi mübarizə aparacaq.
Mənbə: Milli.Az
28 yanvar 2014
GO BACK