Qadin.NET / Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq Planı imzalanıb

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq Planı imzalanıb

 

Yanvarın 28-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində "Azərbaycan-İtaliya ikitərəfli hərbi əməkdaşlıq üzrə müzakirələr"i keçirilib. Tədbirdə nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, İtaliya tərəfdən isə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahının 3-cü İdarəsinin rəis müavini kontr-admiral Edoardo Kompiani rəhbərlik ediblər.Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müzakirələr zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilmiş, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmış və yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.Tədbirdə İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ciampaolo Kutillo və İtaliya Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi kontr-admiralEmanuele Botazzi iştirak ediblər.

 

Mənbə: Milli.Az

28 yanvar 2014
GO BACK