Qadin.NET / Azərbaycan əczaçılıq sahəsində Macarıstana müştərək müəssisə yaratmağı təklif edir

Azərbaycan əczaçılıq sahəsində Macarıstana müştərək müəssisə yaratmağı təklif edir

 

Azərbaycan Macarıstana əczaçılıq məhsullarının istehsalı üzrə müştərək müəssisə yaratmağı təklif edir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Macarıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın IV iclasında deyib.Komissiyanın Azərbaycan tərəfdən həmsədri Ş.Mustafayev, Macarıstan tərəfindən isə xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartodur.P.Siyartonun sözlərinə görə, Macarıstanın əczaçılıq şirkətləri Azərbaycan bazarında fəal işləyirlər, ötən il ərzində həmin şirkətlər Azərbaycana ixracı 15-20 faiz artırıblar.Birgə əməkdaşlığın humanitar sahələrinə toxunan P.Siyarto bildirib ki, Macarıstan gələn tədris ilində 200 azərbaycanlı tələbəyə təqaüd ayırmaq niyyətindədir: "Macarıstan Azərbaycanda mədəniyyət mərkəzi açmağı planlaşdırır. Macarıstanda Azərbaycan Mədəniyyət Mərkəzinin açılması iki ölkə münasibətlərinin inkişafında vacib rol oynaya bilər".Ş.Mustafayev qeyd edib ki, iki ölkə arasında əlaqələr kənd təsərrüfatı, sənaye, enerji, nəqliyyat, rabitə və informasiya texnologiyaları, əczaçılıq, ətraf mühitin mühafizəsi, mədəniyyət və turizm və digər sahələrdə dinamik inkişaf edir: "Buna səbəb 2013-cü ildə Azərbaycan və Macarıstan arasında əmtəə dövriyyəsinin 40 faiz artması oldu".

 

Mənbə: Milli.Az

28 yanvar 2014
GO BACK