Azərbaycan Nazirlər Kabineti ölkəyə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında 2001-ci il 19 yanvar tarixli qərarına dəyişikliklər edib.APA-nın verdiyi məlumata görə, indiyə qədər Azərbaycana gətirilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədli və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98-dən az oktan ədədli mühərrik benzininin 1 tonu üçün 250 ABŞ dolları məbləğində aksiz dərəcəsi tətbiq olunub.Dəyişikliyə əsasən, bundan sonra 2014-cü il iyunun 1-dək mühərrik benzininin 1 tonuna aksiz dərəcəsi 1 dollar müəyyən edilib.
Mənbə: Milli.Az