Qadin.NET / Mərkəzi Bank kreditlərin sərtləşdirilməsi ilə bağlı açıqlama verdi

Mərkəzi Bank kreditlərin sərtləşdirilməsi ilə bağlı açıqlama verdi

 

"Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlərin verilməsi üzrə banklara qarşı tələblərin sərtləşdirilməsinin faiz dərəcələrinin azalmasına səbəb ola biləcəyini istisna etmir".Trend-in məlumatına görə, bunu jurnalistlərə AMB-nin İdarə heyəti sədrinin müavini Aftandil Babayev deyib.Onun sözlərinə görə, ölkədə kredit dərəcələrinin azalması tendensiyası müşahidə edilir. Belə ki, ötən ilin yekunları üzrə kreditlər 2 faiz ucuzlaşıb.A.Babayev qeyd edib: "Mərkəzi Bank hesab edir ki, hazırda avtomobil kreditləşməsi prosedurunun dəyişdirilməsinə ehtiyac var və banklara onları sərtləşdirməyi təklif edir".Sədr müavininin sözlərinə görə, AMB-nin bu addımları bankın müştəriləri və bankların özləri üçün müsbət nəticələr verəcək.

 

Mənbə: Milli.Az

28 yanvar 2014
GO BACK