iOS 7 əməliyyat sistemi istifadəyə verilməsindən ötən 3 ay ərzində Apple qurğularında payı 80 faizə çatıb. Bu barədə 2014-cü maliyyə ilinin birinci rübünün yekunları haqda hesabat verən Appleın maliyyə direktoru Piter Oppenqeymer bildirib.Məlumat üçün bildirək ki, Apple şirkəti iOS 7 əməliyyat sistemini 18 sentyabr 2013-cü ildə istifadəçilərin ixtiyarına verib. İlk həftə ərzində sistem Apple qurğu sahiblərinin 51,8 faizi tərəfindən quraşdırılıb ki, bu da onu şirkətin ən sürətli yayılan sistemi edib.Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda iOS qurğularının təxminən 80 faizi əməliyyat sisteminin sonuncu versiyası ilə işləyir, - deyə P. Oppenqeymer qeyd edib.Onu da qeyd etmək lazımdır ki, iOS-un altıncı versiyası 83 faizlik səviyyəyə yarım ilə çatıb.iOS 7-də əsas yeniliklər arasında interfeysin tam yenilənən dizaynını, AirDrop fayl mübadiləsi və iTunes musiqi servislərini, eləcə də Control Center funksiyasının yaradılmasını qeyd etmək olar. Bundan başqa, Apple iWork əlavələr paketini yeni sistem istifadəçiləri üçün pulsuz edib.
Mənbə: Milli.Az