Qadin.NET / Milyonçu qadın bu addımı ilə hamını şoka saldı

Milyonçu qadın bu addımı ilə hamını şoka saldı

 

Britaniyanın ən məşhur və milyonlara sahib olan evdar qadını Syuzan Boylun hərəkəti eşidənləri heyrətə salıb. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, "Britain's Got Talent" verilişində məşhurlaşan 52 yaşlı qadın çox aşağı əməkhaqqı ilə xəzinədar işinə düzəlib. O, evinin yaxınlığındakı bukmeyker kontorunda minimal əməkhaqqı ilə işləyəcək. 

Var-dövləti 20 milyon funt sterlinq (32 milyon dollar) olan qadın evinin qarşısındakı vakansiya ilə bağlı elanı gördükdən sonra işləmək qərarına gəlib. Vakansiyanın olduğu bukmeyker kontoruna gedib və işə düzəlmək istədiyini deyib. Onu tanıyan kontor işçiləri, məmnuniyyətlə, Syuzan Boylu işə qəbul ediblər. 

 

Mənbə: Milli.Az

28 yanvar 2014
GO BACK