Qadin.NET / Fövqəladə vəziyyət Ukraynada durumu pisləşdirəcək

Fövqəladə vəziyyət Ukraynada durumu pisləşdirəcək

 

Ukraynada fövqəladə vəziyyət rejiminin tətbiqi vəziyyəti ağırlaşdıracaq. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Avropa İttifaqı diplomatiyasının rəhbəri Ketrin Eşton xəbərdarlıq edib."Mən, hökumət tərəfindən fövqəladə vəziyyət rejimi tətbiq etməyin planlaşdırması haqda daxil olan məlumatlardan narahatam. Bu, Ukraynada vəziyyətin daha da pisləşməsinə səbəb olacaq və bundan heç kimə xeyir olmayacaq. Mən həmçinin müxalifət liderlərini zorakılığa əl atanlardan uzaqlaşmağa çağırıram", - Avropa İttifaqı diplomatiyasının rəhbəri bildirib.O, qeyd edib ki, "böhranın yeganə həlli - siyasi yoldur"."Ştefan Fülenin bugünkü səfərindən (genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı) sonra mən onun ardınca sabah axşam Kiyevə gedəcəyəm", - Eşton deyib.

Mənbə: Milli.Az

28 yanvar 2014
GO BACK