Qadin.NET / "Fənərbağça"lılara üzücü xəbər

"Fənərbağça"lılara üzücü xəbər

 

“Fənərbağça”nın təcrübəli hücumçusu Emmanuel Emenike sıradan çıxıb. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ötən gün “Konyaspor”la keçirilən matçda zədələnib.
Nigeriyalı forvard oyunun ikinci hissəsində hücuma keçərkən sağ baldırını tutaraq yerə yıxılıb və mübarizəyə davam edə bilməyib. Məhmət Topuzla əvəzlənən Emenikenin sağ baldır arxa əzələsində yırtıq meydana gəlməsindən şübhə edilir. Əgər belə olarsa, onun iki həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir. Amma futbolçu bu gün ətraflı tibbi müayinədən keçiriləcək.
Qeyd edək ki, Nigeriya millisinin də üzvü olan Emenike bu yay Rusiyanın “Spartak” Moskva klubundan “sarı-lacivərdlilər”ə keçib.
Mənbə: Milli.Az

 

28 yanvar 2014
GO BACK