Qadin.NET / Təqaüdçülərə müjdə

Təqaüdçülərə müjdə

 

"Pensiyaçılar plastik kartlar vasitəsi ilə 100 manat məbləğində kredit götürə biləcəklər". 

Anspress-in məlumatına görə, bu barədə DSMF-nin sədri Elman Mehdiyevbu gün keçirilən “Pensiya+” xidmətinin istifadəyə verilməsi ilə bağlı təqdimat mərasimi zamanı deyib. Sədr bildirib ki, yeni layihə ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədini daşıyır:
"Pensiyaçılar bizim onların plastik kartlarına ünvanladığımız vəsaitlərini istifadə etdikdən sonra ilkin olaraq 100 manat məbləğlərində kredit götürə biləcəklər. Bu krediti heç bir əlavə xərc ödəmədən əldə edəcəklər. Bu kredit xətlərindən növbəti pensiya haqqını alanadək faizsiz istifadə edəcəklər. Bu məbləğ isə yalnız posterminallar vasitəsi ilə istifadə olunacaq. Yəni nəğd qaydada bu pulu gedib bankomatdan çıxarmaq mümkün olmayacaq. Bu şərtin başlıca məqsədi nəğdsiz ödənişin təyinatına uyğun qurulması və plastik kartlardan istifadəyə təşfiq etməkdir". 
E, Mehdiyev həmçinin bildirib ki, yeni layihə vasitəsi ilə pensiyaçıları plastik kartlar və posterminallardan istifadəyə cəlb etmək mümkün olacaq:
"İlkin olaraq layihə Bakı və Sumqayıt ərazisi üzrə şamil ediləcək. Gələcəkdə isə bu xidmətdən digər region pensiyaçıları da istifadə edə biləcəklər. Bu xidmətə qoşula bilmək üçün müvafiq bankla pensiyaçılar arasında müqavilə bağlanmalıdır. Gələcəkdə bu sistem kommunal, nəqliyat və digər sahələri də əhatə edəcək".

Mənbə: Milli.Az

28 yanvar 2014
GO BACK