İtaliyada 2012-2013 mövsümünün ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İtaliya Futbol Federasiyasının təşkil etdiyi “Gran Gala del Calcio” tədbirində ölkənin tanınmış futbol adamları mükafatlandırılıblar.
“Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlo mövsümün ən yaxşı futbolçusu,Antonio Konte isə ən yaxşı baş məşqçisi seçilib. Nikola Ritssoli isə ən yaxşı hakim adına layiq görülüb.
Gecədə mövsümün ideal heyəti də açıqlanıb:
Qapıçı: Samir Handanoviç (“İnter”)
Müdafiəçilər: Kristian Maço (“Napoli”), Andrea Bartsalyi və Corco Kyellini (hər ikisi “Yuventus”), Mattia de Şilo (“Milan”)
Yarımmüdafiəçilər: Arturo Vidal və Andrea Pirlo (hər ikisi “Yuventus”), Borxa Valero (“Fiorentina”)
Hücumçular: Edinson Kavani (“Napoli”, hazırda PSJ), Antonio Di Natale (“Udineze”), Mario Balotelli (“Milan”)
Mənbə: Milli.Az