Qadin.NET / Bu günlərdə bəşəriyyətin faciəsi yaşanır

Bu günlərdə bəşəriyyətin faciəsi yaşanır

 

Nigeriyada islamçı ekstremistlər ölkənin şimal-şərqində yerləşən bir kəndə hücum çəkiblər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, kəndin 52 sakini öldürülüb, 300 ev dağıdılıb. 

Bu, ölkədə fövqəladə rejimin tətbiqindən sonra baş vermiş ən qanlı olaydır. 
Şahidlərin sözlərinə görə, kəndin bazarında iki ədəd əldəqayırma partlayıcı qurğu işə düşüb. Ən azı 52 nəfər həlak olub. 16 nəfər isə yaralanıb. 
Qeyd edək ki, təkcə yanvar ayı ərzində ölkədə İslam dövləti qurmaq istəyən "Boko-Haram" təşkilatının hücumları nəticəsində 170 nəfər həlak olub.
Mənbə: Milli.Az

 

28 yanvar 2014
GO BACK