Nəm salfetlərin satış vəziyyəti araşdırılıb. İdarənin rəis müavini Camal Babayev bildirib ki, nəticədə üzərində bildiriş sertifikatı olmadan nəm salfet satışı ilə məşğul olan 5 sahibkar cərimələnib.
Qalanlarına şifahi xəbərdarlıq edilib.
“Bu çox ciddi məsələdir. Sanitar normalar göslənilməlidir. Mütləq bunların tanınma sertifikatları olmalıdır. Salfetin üzərində Azərbaycan dilində açıqlaması verilməlidir. Mingəçevir, Bərdə, Yevlax, Ağdam, Tərtərdəki çox sayda obyektlərdə yoxlamalar keçirilib. Pozuntular aşkarlanıb. Onlar müvafiq sənəd təqdim edə bilməyiblər”.
Yevlax Şəhər Mərkəzi Xəstəxanasının dəri həkimi Şəfəq Abdulrəhimovanın sözlərinə görə isə, ötən il nəm salfetlərdən zərər görən 12, cari ildə isə 3 nəfər onlara müraciət edib. Həkim deyir ki, bu salfetlərin insan dərisi üçün həm xeyri, həm də ziyanı var. Bəzən nəm salfetlər dəridə allergik xəstəliklər yaradır. Buna yol verməmək üçün vətəndaşlar dərilərinə uyğun nəm salfetlər almalıdırlar.
Apardığımız sorğu zamanı isə məlum oldu ki, insanlar nəm salfetlərdən istifadə etsələr də, onun gigiyenik tərəfinə o qədər də əhəmiyyət vermirlər. Mütxəssislər onu da tövsiyyə edirlər ki, vətəndaşlar əvvəlcə həkimə müraciət etsinlər, sonra nəm salfetlər alsınlar.
Mənbə: Milli.Az