Qadin.NET / Həyatın sonuna nə qədər qalıb?

Həyatın sonuna nə qədər qalıb?

 

1,5 milyard il sonra Yerdə həyat üçün əlverişli şərait olmayacaq. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Kolorado Universitetinin atmosfer və kosmosu araşdırma laboratoriyasının alimləri bildiriblər. Mənbənin məlumatına əsasən, alimlər planetimizdə baş verənlərin modelini yaradıblar. Başlıca parametr Yerdə hər 110 milyon ildən bir temperaturun bir faiz artması olub. Bununla da 1,5 milyard ildən sonra havanın temperaturu 40 dərəcə Selsiyə çatmaqla Veneranı xatırladacaq. Suyun davamlı buxarlanması ilə canlı orqanizmlərin məhvi başlayacaq. Xatırladaq ki, əvvəllərdə uyğun araşdırma aparılıb. Onda alimlər  Yerdə həyatın sonuna 650 milyon il qaldığını bildirmişdilər. 

Mənbə: Milli.Az

 

28 yanvar 2014
GO BACK