Qadin.NET / Hava haqqında - 28.01.2014

Hava haqqında - 28.01.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında duman, çiskin olacaq, gün ərzində isə havanın arabir yağıntılı olacağı gözlənilir.Temperatur gecə 2-4°, gündüz 4-7° isti, Bakıda gecə 2-4°, gündüz 5-7° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir.

Temperatur gecə 3-8°, dağlıq ərazilərdə 10-12° şaxta, gündüz 0-4° isti, bəzi yerlərdə 5°-dək şaxta təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 4-9° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 0-5°, gündüz 5-9° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Temperatur gecə 3-5°, gündüz 5-9° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Yanvar ayının son günlərində gözlənilən yağıntılı, küləkli hava şəraiti, temperaturun günü-gündən aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.
Əlverişsiz hava şəraiti haqqında ilkin xəbərdarlıq
Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.
Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2-4° isti, 30-da 0°-yə yaxın, 31-də isə minimal temperaturun 2-4° şaxta olacağı gözlənilir.Şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Prosesin gedişatı ilə əlaqədar hər gün dəqiqləşdirilmiş məlumat təqdim olunacaqdır.

Mənbə: Milli.Az

28 yanvar 2014
GO BACK