Qadin.NET / Azərbaycanlı uşaqlara sürpriz

Azərbaycanlı uşaqlara sürpriz

 

Artıq Bakıda Gürcüstanın “Multi-Pulti dünyası” teatrının təqdim etdiyi “Maşa və Ayı” tamaşası haqqında məlumatı olmayan yoxdur

Milli.Az bildirir ki, kollektivin Azərbaycana bütün qastrol səfərləri böyük ajiotajla və tamaşaçı marağı ilə müşahidə olunur. 
Gürcüstanın “Multi-Pulti dünyası” teatrı Novruz bayramı ərəfəsində də Azərbaycanlı tamaşaçıları sevindirəcək. Teatr “Maşa və Ayı” tamaşasının “Maşa və Ayı. Novruz sərgüzəştləri” adlı yeni seriyası ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. Balaca tamaşaçılar sevimli personajları Maşa və Ayını, eləcə də digər sevimli nağıl qəhrəmanlarını 18-23 mart 2014-cü il tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər. “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasını lisenziya əsasında hazırlayıb, Qafqazda və MDB məkanında rəsmi tərəfdaşlıq hüququna malikdir. Tamaşa məxsusi olaraq, Azərbaycan tamaşaçıları üçün “Maşa və Ayı” cizgi filmi və Novruz adət-ənənələri əsasında hazırlanıb. Hadisələr Novruz bayramı ərəfəsində baş verir. Tamaşada Maşa və Ayı ilə yanaşı Kosa, Keçəl, Ozan baba, çərşənbələr kimi personajlar da iştirak edir. Tamaşa iki variantda - Azərbaycan və rus dillərində təqdim olunacaq. Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejisoru Qoça Kviçianın quruluşunda hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcək. Balaca tamaşaçıları cizgi filmlərinin personajları və milli nağıl qəhrəmanları ilə birgə unudulmaz Novruz şənliyi və çoxlu sürprizlər gözləyir. Biletlər şəhərin bütün kassalarında 6 manatdan başlayan qiymətlərlə satılır.

 

Mənbə: Milli.Az 

27 yanvar 2014
GO BACK