Qadin.NET / Yeni şəbəkə hazırlanır

Yeni şəbəkə hazırlanır

 

Qualcomm şirkəti LTE-A (Advanced) şəbəkəsinin 5 QHs tezlik dalğasında fəaliyyəti üçün texnologiya hazırlayıb. Texnologiyanın hazırlanması analitiklərin mobil internet trafikinin həcminin yüksək templə artması ilə bağlı verdikləri proqnozlarla əlaqədardır. Bəzi hesablamalara görə, yaxın vaxtlarda mobil şəbəkələr vasitəsilə ötürülən məlumatların sayı min dəfə arta bilər. LTE-A şəbəkəsinin 5 QHs tezlik dalğasında işinə əsaslanan Qualcomm mütəxəssislərinin təqdim etdikləri həll mobil rabitə standartı və tezliklərdən istifadə üçün fərdi icazənin alınması tələb olunmayan Wi-Fi simsiz texnologiyası arasında mübarizəyə dəqiq zərbələrdən biri ola bilər.Milli.Az ICTnews-a istinadən bildirir ki, təqdim olunan həll prototip mərhələsində olduğundan ABŞ şirkətinin nümayəndələri standartın bu və ya digər məhsul tərəfindən dəstəklənməsi barədə məlumat vermirlər. Lakin mobil şəbəkə ilə məlumatların ötürülməsi üçün yeni tezlikdən istifadə ilə bağlı məsələ artıq ətraflı tədqiq olunaraq öyrənilir. Hazırda fəaliyyət göstərən operator şəbəkələrinin əksəriyyəti təxminən 3 QHs (2,5-2,7 QHs, eləcə də 3,4-3,55 QHs) tezliyindən istifadə edirlər. Qualcomm Atheros kimi tədarükçülər artıq bu gün istifadəçilərə 5 QHs tezliyində işləyən Wi-Fi standartlı bir neçə model qurğuları təqdim edir, eləcə də bəzi istehsalçı şirkətlər bu tezliyi, eləcə də 60 QHs dalğasını tətbiq edə bilər. Mobil şəbəkələr sahəsində tədqiqatlar aparan şirkətlərin hamısı mobil rabitə xidmətlərini maksimal geniş tezlik spektrində göstərmək imkanlarını nəzərdən keçirirlər.Qualcommun texniki marketinq üzrə baş direktoru Rasmus Hellberqin sözlərinə görə, boş tezliklərdə LTE-Advanced şəbəkəsi əhatə dairəsinin effektivliyinə, eləcə də idarə edilməsi, etibarlığı və son istifadəçi üçün əhatənin tamlığına görə Wi-Fi texnologiyasını xeyli üstələyir. Bundan başqa, mobil rabitə operatorları öz növbəsində vahid mobil rabitə standartı şəklində üstünlük qazana bilərlər, odur ki, belə tezliklər avtonom mobillik üçün ideal hesab olunur.

 

Mənbə: Milli.Az

27 yanvar 2014
GO BACK