Qadin.NET / Azərbaycan ailəsində yeni problem: bəylə gəlin anlaşmazsa...

Azərbaycan ailəsində yeni problem: bəylə gəlin anlaşmazsa...

 

Azərbaycanda 2013-cü ildə bağlanan 86000-dən çox nikahdan 11700-ü pozulub Son illər ölkədə boşanma hallarının çoxalması ilə yanaşı, boşandıqdan sonra tərəflər arasında məhkəmə çəkişmələri bitmək bilmir. Əsas mübahisəli məsələlərdən biri mülkiyyətin bölünməməsi ilə bağlıdır. Bunun da əsas səbəbi tərəflərin nikaha girən zaman nikah müqaviləsini imzalamamalarıdır.Anspress yazır ki, əvvəllər ailədə yaranan münaqişələr boşanma ilə nəticələnəndə evin kişisi hər şeyi həyat yoldaşı və uşaqlarına qoyub mənzildən çıxırdısa, bu gün belə münaqişələrdə zərər çəkən tərəf daha çox qadınlar olur. Bu kimi problemlərin çoxalması isə nikah müqaviləsinin bağlanmasını zəruri edir. Bunun nəticəsidir ki, 2013-cü ildə bağlanan 86000-dən çox nikahdan 11700-ü pozulub. Boşanma hallarına nəzər saldıqda bu addımı atan tərəf adətən bununla problemlərdən yaxa qurtaracağını düşünür. Belə halda boşanmaq bir dərddirsə, boşanıb mülkiyyətsiz qalmaq isə başqa bir dərddir. Nikah müqaviləsinin olmaması səbəbindən çox vaxt itirən tərəf elə qadınlar olur.Hüquqşünas Tahir Əlirzayev: “Biz həmişə problemlə tez-tez qarşılaşırıq. Mən bu fəaliyyətim dövründə hələ bir dəfə də olsun görməmişəm ki, kimsə nikah müqaviləsini imzalasın. Bunun olmaması nəticəsində qız sonda qalır evsiz. O qədər olub ki, uşaqlar anası ilə qalıb bayırda”.Rəyini öyrəndiyimiz paytaxt sakinlərinin çoxu, demək olar ki, nikah müqaviləsindən xəbərsiz idilər. Xəbərdar olanlar isə nikah müqaviləsini bağlamağın vacib olduğunu düşünürlər.Əgər boşanmada, əsasən, əziyyət çəkən tərəfin qadın olduğunu düşünsək, bu müqavilənin vaxtında bağlanması üçün ən azından elə xanımlar addım atsalar, sonradan yarana biləcək problemlərdən sığortalanmalarını təmin etmiş olarlar.

 

Mənbə: Milli.Az

27 yanvar 2014
GO BACK