Qadin.NET / Bu şüşə iPhone-u qoruyacaq

Bu şüşə iPhone-u qoruyacaq

 

iPhone kamerasının obyektivinin qorunmasında və Ev düyməsinə inteqrasiya edilmiş Touch ID daktiloskopik datçiki üçün sapfir şüşədən istifadə olunacaq. Görünür, Apple bərk materialın tətbiqi sahələrini genişləndirmək niyyətindədir. Şirkətin patent müraciətində sapfirin iPhone smartfonlarına müxtəlif bərkidilmə üsulları təsvir edilir.Milli.Az ICTnews-a istinadən bildirir ki, sənəddə söhbət, əsasən sapfirli şüşənin iPhone smartfonunda qoruyucu örtük rolu müzakirə olunur. Bu cür ekranın cızıqlara davamlılığı və ekranın möhkəmliyi hazırda əksər smartfonlarda geniş tətbiq edilən Gorilla Glass şüşəsi ilə müqayisədə dəfələrə çoxdur. Bundan başqa, Apple şirkətindən bildirilib ki, sapfirin istilikkeçirmə xassəsi təxminən bəzi metallarda olduğu kimidir və bu, ona qurğunun prosessoru tərəfindən yaradılan istiliyi səmərəli şəkildə ayırmağa icazə verir.Sintetik sapfirli şüşə doğrudan da Gorilla Glass ilə müqayisədə 3-4 dəfə etibarlıdır. Bundan başqa, sözügedən material rəngsizdir, çox möhkəmdir (2030 selsi dərəcə temperaturda əriyir) və bundan başqa zəhərli kimyəvi maddələr keçirmir.

 

Mənbə: Milli.Az

27 yanvar 2014
GO BACK