Qadin.NET / Boşanmaq sağlamlığa ziyandır

Boşanmaq sağlamlığa ziyandır

 

Boşanmanın insan orqanizminə vurduğu ziyanlar barədə əvvəllər bir çox araşdırmalar aparılıb. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, növbəti araşdırma təsdiq edib ki, boşanma prosesi stress və münaqişələrlə müşayiət olunur. Boşanmadan sonra istər qadın, istərsə də kişi müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkməyə başlayır. Çikaqo Universitetində aparılan araşdırmalar da bunları deməyə əsas verir. 

Doktor Linda Veytin rəhbərliyi ilə həyata keçirilən tədqiqatlarda 8,5 min nəfərə yaxın adam iştirak edib. Həmin şəxslərin yaşı 50-60 yaş arası olub. 
Sorğu nəticəsində məlum olub ki, heç vaxt ailə qurmayan insanların da səhhətində problemlər yaranır. 

Mənbə: Milli.Az

27 yanvar 2014
GO BACK