Amerika futbolu ardıcıl 30-cu ildir ki, ABŞ-ın ən populyar idman növü olub. Tədqiqat məşhur və böyük Harris Poll araşdırma mərkəzi tərəfindən aparılıb.Milli.Az sportnews-a istinadən xəbər verir ki, bu il respondentlərin 35 % məhz NFL-i (Amerika Futbol liqası) sevə-sevə izlədiklərini bildirib. 2-ci yerdə 14 %-lə MLB (Beysbol liqası), 3-cü yerdə Tələbə Futbol liqası (11 %) , 4-cü yerdə avtosport (7 %) və 5-ci yerdə NBA ( Milli Basketbol assosiyasa) A) (6 %) qərarlaşıb.NHL ilk 5-liyə düşə bilməyib. Hokkey liqası 6-cı olub. Ondan sonra isə NCAA qərarlaşıb.İlk dəfə tədqiqat 1985-ci ildə aparılmışdı. Həmin il NFL MLB-yə 1 faiz uduzmuşdu. Həmin dövrdən etibarən isə hər il 1-ciliyi qoruya bilib. Beysbol isə tədricən maraqsız olmağa başlayıb. Həlledici an kimi 1994-cü ilin lokautunu saymaq olar. Məhz həmin ildən beysbolun populyarlığı aşağı düşməyə başlayıb.Qolf da populyarlığını itirməkdədir. Əvvəllər Tayger Vudsa görə bu idman növünə maraq göstərənlərin sayı çox idi. Lakin 2010-cu ildə Vudsun qeyri-nikah əlaqələrinin məlum olmasından sonra qolfa maraq xeyli azalıb.İdman növlərinin populyarlığı demoqrafik amillərdən də asılıdır. Kəndlərdə və şərqdə yaşayanların əksəriyyəti Amerika futbolunun fanatlarıdır. İllik gəliri 100 000 dollardan çox olanlar isə beysbolla maraqlanırlar. Ali təhsilli əhalinin əksəriyyəti isə avtosporta meyl edirlər.
Mənbə: Milli.Az