Məsələ ilə əlaqədar Modern.az saytına yeni məlumat daxil olub. Məlumata görə, Azərbaycandakı bütün orta məktəblərə göstəriş verilib. Bu göstərişə görə, ümumtəhsil müəssisələrində şagirdlərə “2” qiymətinin verilməsi qadağan olunur. Bu isə, öz növbəsində, şagirdlərin sinifdə qalmasının qarşısını alacaq.Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri təyin edilədən sonra ölkənin təhsil sistemində bir sıra yeniliklər tətbiq olunur. İctimaiyyət tərəfindən diqqətlə izlənilən yeniliklərin təhsilin inkişafına təsir edəcəyi qeyd edilir. Əks təqdirdə, ölkədə sinifdə qalan şagirdlər ordusu yarana bilər.Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, şagirdlərin sinifdən-sinfə keçirilməsi, yaxud sinifdə təkrar saxlanması onların təlim nailiyyətləri əsasında həll olunur.“Bildirmək istərdik ki, bu məsələləri əhatə edən yeni qaydalar hazırlanıb və təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”.
Mənbə: Milli.Az