İspaniya Kral kubokunda "Real Sosyedad"la qarşılaşacaq "Rasinq” bu oyuna çıxmaya bilər.Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, komandanın futbolçuları matç gününə qədər klub prezidentinin istefa verməsini tələb ediblər. Bu, baş verməyəcəyi təqdirdə onlar "Real Sosyedad"la matçda iştirak etməyəcəklərini açıqlayıblar.Futbolçuların klub prezidentinin istefa verməsini tələb etməsinin səbəbi isə hələ də maaşlarını almamasıdır. Rəhbərlik onlara pullarının ödənəcəyi ilə bağlı söz versə də, bu vədini yerinə yetirməyib.Qeyd edək ki, bir zamanlar İspaniya La Liqasında göstərdiyi çıxışla seçilən "Rasinq" rəhbərliyin səhvləri üzündən əvvəlcə ikinci, daha sonra isə üçüncü liqaya düşüb.
Mənbə: Milli.Az