Latın Amerikasının bir sıra ölkələrində olduğu kimi Argentinada da yanvar-mart aylarında ənənəvi karnavallar keçirilir.Argentinanın bir çox şəhərlərində karnavallar olsa da, əsas bayram paytaxt Buenos-Ayresdən 200 km kənarda, Entre-Rios əyalətindəki kiçik Qualequayçu şəhərində olur.Milli.Az SuperCoolPics-ə istinadən bildirir ki, Qualequayçuda hər il ən azı 300 min turistin qatıldığı bu bayram dünyanın ən uzun karnavalı hesab olunur. Minlərlə rəqqas və rəqqasə yanvar ayının ilk şənbəsindən etibarən martın son şənbəsinə qədər rəqs edirlər.
Karnaval əsas diqqətin rəqsə və aktyor məharətinə yetirildiyi italyan ənənələrinə müvafiq olaraq keçirilir. Ən yaxşı rəqs qrupunu isə heyətində yerli və xarici dizaynerlər, rəssamlar, memarlar və musiqiçilər olan münsiflər heyəti seçir.
Mənbə: Milli.Az