Xəbər verildiyi kimi Mərkəzi Bank (MB) ölkədə fəaliyyət göstərən banklara müştərilərin iş yerindən arayış olmadan istehlak krediti verilməsini qadağan edib.
Eləcə də avtomobillərin kreditlə satışına məhdudiyyət qoyub.
Milli.Az "Publika.Az"a istinadən məlumat verir ki, MB-nın qadağaları son 1 ildə istehlak kreditlərini genişləndirən bankların faiz dərəcələrinin düşməsinə gətirib çıxarıb. Belə ki, “Bank of Baku”, eləcə də “Unibank” kimi kommersiya bankları bank faizlərində 5-6 faizə qədər endirimə başlayıblar.
Mütəxəssislərin fikrincə, banklar bununla itirilmiş gəlirlərini kompensasiya etmək istəyirlər.
Belə ki, arayışla kredit prosedurun çətinləşməsinə gətirib çıxardığından əhali üçün kreditləri cəlbedici etməyə çalışırlar.
Nəzərə çatdıraq ki, ötən il banklar 15.2 milyard manat kredit veriblər. Kreditlər üzrə faizlər 24 faiz təşkil edir.Əmanətlərin sığorta faizi isə 10 faizdir.
Mənbə: Milli.Az