Qadin.NET / Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?

Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?

 

Ukraynada Atom Elektrik Stansiyalarının partladılması təhlükəsi var. Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) saytı məlumat yayıb. "Ekstremizm nümayiş olunması çərçivəsində hidroelektrik stansiyasının, o cümlədən atom enerjisi obyektlərinin partladılması təhlükəsi yaranıb. Bu hadisənin baş verməsi həm Ukrayna, həm də qonşu ölkələr üçün olduqca ağır nəticələrə yol aça bilər", - məlumatda deyilir. Qurumun məlumatına görə, xalq təsərrüfatı üçün önəmi olan və ya müdafiə əhəmiyyətli obyektlərin ələ keçirilməsi və ya partladılması dövlətin zəiflədilməsi məqsədini daşıyır.

Mənbə: Milli.Az

27 yanvar 2014
GO BACK