Qadin.NET / Misirdə güclü partlayış: məşhur muzeyə ziyan dəydi

Misirdə güclü partlayış: məşhur muzeyə ziyan dəydi

 

Misir paytaxtı Qahirədə polis idarəsi binasının partladılmasından sonra, UNESKO əraziyə ekspert qrupu ezam etməyi qərara alıb. BMT-nin Mədəniyyət və Elm Təşkilatının Qahirə ilə bağlı narahatlığına səbəb, partlayış dalğasından yaxınlıqda olan İslam İncəsənət muzeyinə ciddi ziyanın dəyməsidir.Anspress yazır ki, Misirin qədim əşyalar naziri Məhəmməd İbrahim bildirib ki, UNESKO heyəti muzeyə dəymiş ziyani yerində qiymətləndirəcək. Adı çəkilən təşkilat muzeyin bərpası səylərinə maddi dəstək olmaq üçün fondundan 100 min dollar vəsaitin ayrılmasına qərar verib. UNESKO-nun baş direktoru İrina Bokova polis idarəsində törədilmiş partlayışı kəskin şəkildə pisləyən bəyanat verərək, teraktın Misir tarixinə və mədəniyyətinə ziyan vurduğunu deyib.Cümə günü törədilmiş partlayış dalğası muzeyi əməlli-başlı çalxalayıb. Dəmir dayaqlar və gips suvaqdan ibarət tavan, vitrinlərin və taxta artefaktların üzərinə tökülüb, su borularını sıradan çıxarıb. Dünən muzey işçiləri viranə qalmış iş yerlərində qalıqları təmizləməyə və yerə səpələnmiş tarixi inciləri yığmağa çalışıblar. Qədim əşyalar naziri Məhəmməd İbrahim “Terrorçuluğun fəsadlarını” insanlara canlı şəkildə çatdırmaq üçün sınmış bəzi tarixi incəsənət əsərlərini sərgiyə çıxarmaq barədə düşündüklərini deyib.1881-ci ildə təməli qoyulmuş Qahirə İslam İncəsənəti Muzeyində cümə günü törədilmiş partlayışa qədər islam tarixinin ən zəngin incəsənət kolleksiyaları saxlanılıb. 

Mənbə: Milli.Az

27 yanvar 2014
GO BACK