Bakının ən böyük avtovağzalında sərnişinlərə gülməli müdaxilə edilir. Bakı Beynəlxalq Avtovağzalında sərnişinləri birbaşa avtobusları gözləmə platformarına aparan yol bağlanıb.Ucar rayon sakini olan Şahid adlı oxucu Milli.Az-a bildirib ki, həmin pilləkənlər dəmir qapılarla bağlandığından sərnişinlər platformalara ticarət mərkəzinin içərisindən keçməli olurlar. Bu isə əlavə vaxt itkisinə səbəb olmaqla yanaşı, sərnişinlərdə əsəb yaradır.Şikayətçi həmin yolun bağlanmasını avtovağzal rəhbərliyi tərəfindən sərnişinləri ticarət mərkəzinə, alış-verişə yönləndirmək üçün atılmış süni addım olduğunu iddia edir.Bakı Beynəlxalq Avtovağzal rəhbərliyi isə şikayətçinin iddiasını əsassız sayır. Avtovağzalın direktor müavini Mehdi Niftəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, platformalara aparan giriş açıqdır. Onun sözlərinə görə, avtovağzal rəhbərliyinin elə bir niyyəti yoxdur. İnanmayanlar gəlib baxa bilər.Şikayətçi avtovağzaldakı mənzərənin fotosunu çəkərək Milli.Az-a göndərib.
Mənbə: Milli.Az