MDB-nin İcraiyyə Komitəsi bəyanat yayaraq Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı saziş layihəsinin hazır olacağı vaxtı açıqlayıb. Sən demə, saziş bu sənədi imzalayan dövlətlərə aprel ayında təqdim olunacaq.Anlaşma Rusiya, Belarus və Qazaxıstan arasında imzalanacaq. Bundan sonra MDB ölkələrinin Avrasiya İqtisadi Birliyinin siyasi paytaxtı Moskva, maliyyə mərkəzi Astana, məhkəmə paytaxtı isə Minsk olacaq.Gömrük Birliyinin 2015-ci ilin yanvarın 1-dən struktur qismində fəaliyyətə başlaması nəzərdə tutulur. Bu barədə hələ iki il əvvəl, Rusiya prezidenti Dmitri Medvedyev olanda razılaşma əldə edilmişdi.Ermənistan da Avrasiya İqtisadi Birliyinə qoşulmaq, sözügedən strukturun banilərindən biri olmaq istəyir.Eyni zamanda, Yerevandakı rejim Avrasiya İqtisadi Birliyinin əsasını təşkil edən Gömrük Birliyinə də qatılıb.Ermənistanın üzvlüyü çox yəqin ki, may və ya iyun aylarında rəsmiləşdiriləcək, sonra isə "Avrasiya İqtisadi Birliyinin təsisçiləri arasına Yerevan da qoşulur” bəyanat səslənəcək.Moskva, Astana və Minsk artıq bütün səlahiyyətləri öz aralarında bölüşdürüblərsə, Yerevanın payına nə düşəsidir? Faktiki olaraq heç nə.Ümumiyyətlə, Rusiyanın bilavasitə ssenarisi, təşəbbüsü və rəhbərliyi ilə formalaşan iki strukturda - Avrasiya İqtisadi və Gömrük birlikləri - Yerevanın payı, yeri ilə bağlı çoxsaylı variantları təhlil etmək olardı. Fəqət nə hacət...İndidən bəllidir ki, Ermənistan həmişəki kimi, Moskvanın buyruq qulu funksiyalarını yerinə yetirərək sözügedən strukturlarda ofisiant rolunu yerinə yetirəcək. Yəni Rusiya, Belarus və Qazaxıstanın bütün istəklərini Yerevan "böyük ruh yüksəkliyi" ilə qarşılayaraq yerinə yetirməlidir.Həm də Yerevan yeni birliklər üçün siyasi əxlaqsızlıq, korrupsiya, hakimiyyətin özbaşınalığı, vətəndaşların hüquqsuzluğu, müxalifətin süstlük və mütiliyi, ictimai təşkilatların yalançılığı paytaxtı rolunu oynaya bilər.Əsasən də, korrupsiya və rüşvət paytaxtı.Rüşvət Ermənistanda iqtidarda olan Serj Sarkisyan iqtidarının həyat tərzi, fəaliyyət modeli, düşüncə tərzini müəyyənləşdirən nəsnədir.Əslində rüşvətxorluq məsələsində Ermənistan postsovet məkanının digər ölkələri ilə müqayisədə "inhisarçı" deyil. Rüşvət sovet dövründən qalmış bəladır və xüsusilə də Rusiyada geniş yayılıb.Amma Rusiyadan fərqli olaraq, Ermənistanda bank kreditlərinin verilməsi zamanı "hörmət faizləri"ndən tutmuş, məmurların aldıqları pulların məbləğinədək bir çox məqam ermənilərin "hami"sindən fərqlidir.İş heç də Ermənistan paytaxtındakı müxtəlif "infrastruktur layihələri", yol çəkilişləri, körpü tikintiləri, digər müxtəlif bayram-dizayner layihələrində deyil: həmin layihələrin icrası zamanı astronomik məbləğdə pullar iqtidardakı fiqurların, məmurların və oliqarxların hesablarına silinir.Yerevandakı belə kosmetika əməliyyatları sadə ermənilərin ciblərindən oğurlanan yüz milyonlarla dolların hesabına başa gəlir.Problem həm də ondadır ki, Ermənistandakı rüşvətin hələ sovet illərindən qalma dayaqları var.Bu ölkə Sovetlər Birliyinin tərkibində olanda "genişmiqyaslı kapital tikinti" adı ilə yüz milyonlarla rubl yeyilmişdi.Sonralar, ermənilər dövlət müstəqilliyi qazandılar və Moskvanın odioz meri Yuri Lujkovun bilavasitə iştirakı ilə Rusiya büdcəsindən Ermənistandakı müxtəlif, yalnız kağız üzərində olan layihələrə böyük məbləğdə pullar yönəldi.Ona görə də Yerevanın rüşvətdə və çirkli pulların yuyulmasındakı təcrübəsindən Rusiya bu dəfə də yararlana bilər. Ələlxüsus da Avrasiya İqtisadi Birliyini yaradan ölkələrdəki iri korporasiyalar, şirkətlər və konsernlərdəki korrupsiya səviyyəsini nəzərə alsaq, Serj Sarkisyan iqtidarındakı fiqurların ciddi çətinliklərlə qarşılaşmayacaqlarını indidən demək olar.Digər tərəfdən Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Rusiyanın bilavasitə kontrolunda olacaq Gömrük Birliyinə qatılmamaq şansı da yoxdur.Daha doğrusu, Yerevandakı hakimiyyətin özünü sığortalamaq və təhlükəsizliyini təmin etmək üçün atdığı bu addım Serj Sarkisyanın kriminal-oliqarxik sisteminin atdığı zəruri addım, qəbul etdiyi qaçılmaz qərardı.Yerevan Moskvanın tələbi və diqtəsi ilə sözügedən qurumlara qoşulmasaydı, faktiki olaraq Rusiyaya verdiyi vədlərə xəyanət etmiş olardı ki, bunu da Sarkisyan iqtidarına bağışlamayacaqdılar.Qisas alacaq tərəf bəlli: Rusiyanın Ermənistanda çox ciddi maraqları, habelə kapitalı olduğundan Sarkisyan iqtidarının hər hansı formada müstəqil qərar vermək imkanları yoxdur.
Ermənistanın müstəqil xarici siyasət və ya normal daxili siyasət yürütmək ehtimallarına gəldikdə - bütün belə ehtimallar efemerdir.Ermənistanda hakimiyyət uğrunda mübarizənin ssenarilərini də bəhs etdiyimiz məqamlar dəyişib.Parlament seçkilərində "Çiçəklənən Ermənistan" Partiyası parlamentdə ciddi pay qazanandan, Ermənistan Milli Konqresi isə mitinq mübarizəsini dayandırandan sonra bu strukturların heç biri prezident seçkilərinə qatılmadılar. Beləcə, Qagik Sarukyan və Levon Ter-Petrosyan siyasi mübarizəni kulislərə daşıdıqlarını göstərdilər.Özü də Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan siyasi mübarizəni fəallaşdıracağını və ən başlıcası, Rusiyaya sadiq qaldığını bəyan etdi.Məhz bu səbəbdən Serj Sarkisyan çox rahat şəkildə Gömrük Birliyi barədə sazişi imzaladı: o, "Çiçəklənən Ermənistan" Partiyası və Ermənistan Milli Konqresi kimi psevdomüxalifət qurumlarının Rusiyanın tam nəzarətində olduqlarını, Moskva ilə yeni anlaşmaya qarşı çıxmayacaqlarını əla bilirdi."Çiçəklənən Ermənistan" Partiyasının banisi və sahibi Robert Köçəryanla Levon Ter-Petrosyan tandeminin strategiyası çox sadədir: onlar Rusiyaya nə qədər etibarlı, sadiq olduqlarını göstərməklə yanaşı, "tam etibarlı olmayan" Serj Sarkisyanın yerinə göz dikdiklərini və bununla da Moskvanın əmrlərini can-başla yerinə yetirməyə hazırlıqlarını nümayiş etdirdilər.Bəsit, şəffaf, anlaşılması çətin məqamlardan xali ssenaridir.İllah ki, Moskva həmişə Ermənistanda dövlət çevrilişləri edib və bundan sonra da edəsidir.Sadalanan səbəblərə görə Serj Sarkisyan tez-tələsik sazişi imzayalaraq Köçəryan və Ter-Petrosyan duetini oyundan kənar saxlamağa çalışdı.Ən nəhayət, belə intriqalardan dolayı Ermənistan müxalifəti seçim və manevr imkanlarını bilmərrə itirib.Oyun artıq başlanıb.
Mənbə: Milli.Az