Qadin.NET / Zabit Səmədov Azərbaycan vətəndaşı oldu

Zabit Səmədov Azərbaycan vətəndaşı oldu

 

Belarusda yaşayan K-1 döyüşçüsü Zabit Səmədov Azərbaycan vətəndaşlığını qəbul edib. Azerisport.az xəbər verir ki, Gürcüstan pasportu olan idmançımız Azərbaycan pasportunu da alıb. Bu isə o deməkdi ki, Səmədov artıq Azərbaycan vətəndaşı sayılır. İdmançı özü xəbəri belə şərh etdi: "Mən uzun müddətdi Belarusda yaşayıram. Bununla belə hər bir yarışa Azərbaycan bayrağıyla çıxıram. Çünki, Vətənimi təmsil edirəm. Pasport almaq mühüm amildir. Azərbaycan pasportumun olmasına sevinirəm".Qeyd edək ki, Belarusda yaşayan Zabit Səmədov ötən il K-1 üzrə Qran-Pridə məşhur Badri Xari üzərində qələbə qazanıb.

Mənbə: Milli.Az

 

26 yanvar 2014
GO BACK