Qadin.NET / Daha bir unikal Porsche Panamera

Daha bir unikal Porsche Panamera

 

Moskva tüninq bürosu TopCar öz təzə işlərindən birini - fərdiləşdirilmiş beşqapıl sportkar Porsche Panamera Turbo S təqdim edib. Yüksək komfortlu alman heçbeki çoxlu idmançı xüsusiyyətləri olan Stingray GTR bodi-kiti, yeni təkər dəsti və yeni kuzov tərtibatı əldə edib. Ancaq bütün bu tamamlamalar interyerin daxilində baş vermiş mühüm dəyişikliklərlə müqayisə oluna bilməz - burada tünerlər timsah dərisindən bol-bol istifadə ediblər. Milli.Az 4charx.com-a istinadən bildirir ki, aerodinamik asma ilə avtomobil fərqli qabaq bamper, genişlənmiş havalanan qanadlar, dörd qabırğalı diffuzor və yük yeri qapağı üzərində splitter əldə edib. Bundan başqa Panamera havalanma dəlikləri olan kapota, yüngül ADV.1 Wheels döymə disklərə və endirilmiş asqıya sahibdir. Salon bənövşəyi rəngli timsah dərisi və həmin rəngdə karbonla işlənib. Tavanda isə alkantaradan istifadə edilib. Kəskin təzad üçün həmçinin qızılı aksentlərdən və oturacaqlarda və döşəmə xalçalarında ağ konturlardan istifadə olunub.
Mənbə: Milli.Az

 

26 yanvar 2014
GO BACK