"Qranada" ilə oyunda qolları 57-ci dəqiqədə Kriştianu Ronaldu, 74-cü dəqiqədə isə Kərim Benzema vurubİspaniyanın “Real Madrid” futbol klubu La Liqanın 21-ci turu çərçivəsində doğma meydanı olan “Santyaqo Bernabeu”da “Qranada” komandasını 2-0 hesabı ilə məğlub edib. Milli.Az xəbər verir ki, anspress Rusiya mətbuatına istinadən xəbər bildirir ki, "Kral klubu" bu qələbədən sonra 53 xalla ilk dəfə olaraq La Liqaya başçılıq edib, ancaq onlar bu sevinci yalnız bir gün yaşaya bilərlər. Çünki hər şey 51 xala malik olan “Barselona” və “Atletiko Madrid” komandalarından asılı olacaq. Belə ki, bu gün keçiriləcək oyunlarda “Atletiko Madrid” rəqib meydanında “Rayo Vallekano”nu, “Barselona” isə doğma şəhərində “Malaqa”nı sınağa çəkəcək. Bu komandalardan hər hansı biri qələbə çalacağı təqdirdə Ronaldunun komandasını məyus edəcək. Xatırladaq ki, “Real Madrid” – “Qranada” qarşılaşmasında qolları 57-ci dəqiqədə Kriştianu Ronaldu, 74-cü dəqiqədə isə Kərim Benzema vurub.
Mənbə: Milli.Az