Qadin.NET / Mercedes CLA hələ sınanır

Mercedes CLA hələ sınanır

 

 

Növbəti dəfə alman avtoistehsalçısının yeni modeli sınaqlarda ələ keçib. Autocar nəşri Mercedes CLA universalının təzə şəkillərini dərc edib və həmin şəkillərdə əks olunan mənzərəyə əsasən məlum olur ki, avtomobil sərt qış şəraitində yol sınaqlarından keçirilir. Milli.Az 4charx.com-a istinadən bildirir ki, Universal Mercedes CLA Shooting Brake artıq çoxdan məlum Mercedes CLS Shooting Brake-in kiçildilmiş variantı imiş. Yeni avtomobilin daha bir əhəmiyyətli detalı sedan CLA, heçbek A-Class, kompaktven B-Class və "parket" GLA kupesi daxil olmaqla bütöv bir seriya modellərdə istifadə edilmiş MFA platformasıdır. Görünür, CLA Shooting Brake MFA platforması əsasında seriya buraxılan son model olacaq. Əgər xaricdən CLA Shooting Brake "böyük qardaş" CLA ilə sadəcə oxşardırsa, texniki planda onlar tamamilə bir-birinin eynidirlər. Bu isə bizim orijinal mühəndislik həlləri və ya çox güclü mühərriklər görmək ümidlərimizi heçə endirir. Universalın kapotu altında ən çoxu 211 a.g. olacaq dizel və benzin aqreqatları olacaq. Daha güclü mühərrikə "qaynar" CLA 45 AMG versiyasında rast gəlmək mümkün olacaq. Bu isə 2015-ci ildə universalın seriya istehsalının başlanmasından sonra çıxacaq.
Mənbə: Milli.Az 
25 yanvar 2014
GO BACK