Qadin.NET / Çəkisizlik immuniteti azaldır

Çəkisizlik immuniteti azaldır

 

"Diskoveri" kosmik gəmisinin göyərtəsində yaşayan milçəklərin immun sistemi zəiflədiyi üçün rahatlıqla parazit göbələklərin hücumuna məruz qalırlar. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "PLoS One" jurnalında dərc olunan məqalədə deyilir. Uzun müddət alimlər hesab edirdilər ki, çəkisizlik şəraitində olmaq immunitetə mənfi təsir göstərir. Son illər bioloqlar və təbiblər immun sistemi hüceyrələrində və kosmosda onlarla təcrübə keçiriblər. Nəticələr ehtimalları təsdiqləyib. Kaliforniya Universitetinin əməkdaşı Debra Kimbrell və həmkarları kosmosda immun sisteminin zəiflədiyini sübuta yetirən daha bir dəlil tapıblar. Onlar "Diskaveri" kosmik gəmisi ilə səmaya milçəkləri göndriblər. Həmin milçəklər 12 gün kosmosda olublar. Sonradan həmin milçəkləri parazit göbələklərlə və zərərli bakteriyalarla yoluxdurublar. Məqalənin müəllifləri deyiblər ki, milçəklərin orqanizmi həmin infeksiyaları Toll reseptor və imd geni vasitəsi ilə rədd edir. Təcrübə göstərib ki, "kosmik milçəklərin" orqanizmləri mikrob hücumunu dəf etsə də, göbələklərin hücumunu dəf edə bilməyib. 

 

Mənbə: Milli.Az

27 yanvar 2014
GO BACK