Qadin.NET / Gözünüzün kökü saralmasın

Gözünüzün kökü saralmasın

 

Milli.Az bildirir ki, modern.az saytı “Kim ki yüz il yaşamırsa...” rubrikasını davam etdirir.

Kök və kök şirəsinin orqanizm üçün nə qədər faydalı olduğunu bu zəngin vitaminlər kompleksini istifadə edənlər daha yaxşı bilirlər. Həftədə heç olmasa iki-üç dəfə kökdən istifadə etməklə siz sağlamlığınızın qayğısına qalmış olarsınız.
1. Gözlərinizin hər hansı bir xəstəliklə üzləşməsini istəmirsinizsə, kökdən daha çox istifadə edin. Kök həm də görmə qabiliyyətinizi yaxşılaşdıracaq.
2. Kök və kök şirəsi qanı təmizləyir, orqanizmdən toksinlərin və zərərli maddələrin xaric olunmasında mühüm rol oynayır.
3. Maddələr mübadiləsinin tənzimlənməsi üçün kök ən yaxşı vasitələrdən biridir.
4. Kökün ən əsas faydalarından biri də, xüsusilə yaşlı insanlarda immun sisteminin gücləndirilməsinə təsiridir.
5. Kök şirəsindən istifadə etməklə siz böyrəklərinizdəki kişik daşlardan da xilas ola bilərsiniz.
6. Qaraciyərin fəaliyyətini yaxşılaşdıran kök həm də ödqovucu xassəyə malikdir.
7. Dərinizin sağlam və təravətli görünməsini istəyirsinizsə, mütəmadi olaraq kök şirəsindən istifadə edin.
8. Avitaminoz xəstəliyinin müalicəsində kök şirəsi ən güclü vasitədir.
9. Onkoloji xəstəliklərin profilaktikası üçün kök və kök şirəsindən istifadə etmək məsləhətdir.
10. Kökəlməyə və piylənməyə qarşı mübarizə aparanlar kökdən daha çox istifadə etsələr, müsbət nəticələr əldə edəcəklər.
11. Vitaminlərlə zəngin olan kök ağciyərlər üçün olduqca faydalıdır.
12. Kök şirəsindən istifadə etmək hamilə qadınlara da məsləhət görülür.
13. Kökdən istifadə saçların və dırnaqların möhkəmlənməsinə də təsir göstərir.
Kökün və kök şirəsinin insan orqanizmi üçün faydası bunlarla bitmir. Odur ki, dükan-bazara üz tutanda kök almağı unutmayın. Büdcənizin kiçik bir vəsaitini kök almağa sərf etsəniz, yanılmazsınız, çünki öncə sağlamlıqdır.
Mənbə: Milli.Az

 

25 yanvar 2014
GO BACK