Qadin.NET / Ukraynada müxalifət inzibati binanı ələ keçirdi

Ukraynada müxalifət inzibati binanı ələ keçirdi

 

Ukraynada müxalifət qüvvələri Vinnitsa vilayət şurasının binasını ələ keçiriblər.APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu müxalif “Batkivşina” fraksiyasının üzvü, deputat Andrey Şevçenko bildirib.Onun sözlərinə görə, binada partlayış səsləri eşidilib, gözyaşardıcı qazdan istifadə olunub.“Vilayətin rəhbər şəxslərini xalqın yanına çıxarırıq”, - deyə deputat “Twitter”dəki səhifəsində yazıb. 

Mənbə: Milli.Az

 

25 yanvar 2014
GO BACK