Qadin.NET / İndoneziyada güclü zəlzələ olub

İndoneziyada güclü zəlzələ olub

 

Şənbə günü İndoneziyanın mərkəzindəki Yava adasında, qonşuluqda yerləşən Balidə Rixter cədvəli üzrə 6,5 gücündə zəlzələ baş verib. Sunami barədə xəbərdarlıq edilməyib. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV ölkənin Milli Meteorologiya, Klimatologiya və Qeofizika İdarəsinə istinadən xəbər verir.Yeraltı təkanların episentri Mərkəzi Yava vilayətinin Kebumen şəhərindən 104 kilometr şimal-qərbdə yerləşib.Tələfat və dağıntı barədə məlumat verilməyib.

Mənbə: Milli.Az

25 yanvar 2014
GO BACK