Anspress-in məlumatına görə, Almaniya Xarici İşlər Nazirliyində sözçü postuna 35 yaşlı, Fələstin əsilli Savsan Çebli təyin edilib.
Çebli xarici işlər naziri Frank Gido Vestervelle dövründə vəzifəyə təyin edilən baş sözçü Martin Şeferin köməkçisi vəzifəsini boynuna götürəcək.
Fələstin əsilli Sausan Çebli Almaniyada dünyaya gəlib. Ana və atası Livandakı bir qaçqın düşərgəsində tanış olan və atası 1970-ci ildə Şərqi Almaniyaya gələn Çebli Almaniyada doğulub və 15 yaşındaykən alman vətəndaşlığına keçib.
Ailə daxilində yalnız ərəbcə danışıldığını ifadə edən Çebli alman dilini ibtidai məktəbdə öyrənib. Savsan Çebli 13 uşaqlı ailənin orta məktəbi bitirərək ali təhsil haqqı qazanan ilk uşağıdır. Siyasi elmlər fakültəsi məzunu olan Çebli çox keçmədən İctimai Demokrat Partiyasından işə başlayıb və Franz Volter Şteynmeyerin diqqətini çəkib. Çebli 2010-cu ildə Berlin Daxili İşlər Senatında sözçü vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, Almaniya Xarici İşlər Nazirliyi sözçülüyü vəzifəsinə immiqrant mənşəli və müsəlman bir qadının təyin olunması ilk dəfədir.
Mənbə: Milli.Az