
Koreya Xalq Demokratik Respublikasının (KXDR) BMT-dəki nümayəndəsi bəyan edib ki, 6 tərəfli danışıqların aparılması ABŞ və Cənubi Koreyadan asılıdır. KXDR hökuməti Cənubi Koreyanı düşmənçiliyə son qoymağa çağırıb. "Biz 6 tərəfli danışıqların keçirilməsi ilə bağlı niyyətimizi artıq çoxdan bəyan etmişik", - Şimali Koreyanın elçisi Sin Son Ho "Renhap" xəbər agentliyinə bildirib.
Mənbə: Milli.Az