Yanvarın 25-də hava şəraiti gün ərzində bəzi şimal rayonlarında, yanvarın 26-da isə əksər rayonlarda arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi ehtimal olunur. Yanvarın 25-də şimal küləyinin arabir güclənəcəyi, qeyri-sabit hava şəraitinin yanvarın 27-si səhərədək davam edəcəyi gözlənilir.
Mənbə: Lent.Az