Fransada keçiriləcək Avropa çempionatında şok dəyişiklik oldu.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ev sahibi olan Fransa yığması qrup mərhələsində oynayacaq. Ev sahibi Fransa 5 komandalı qrupa 6-cı komanda kimi əlavə ediləcək. Onlar digər komandalar kimi həm ev, həm də səfər oyunlarını keçirəcəklər. Lakin yoldaşlıq oyunları kimi olacaq və xallar hesablanmayacaq.
Turnirə qatılacaq ölkə sayının 24-ə qaldırılmasından sonra qrupu ilk iki sırada bitirən komandalar və bütün qruplar içərisində ən yaxşı üçüncü olan komanda final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Qrupları 3-cü tamamlayan digər komandalar isə play-off oynayacaqlar. İspaniya Cəbəllütariqlə, Azərbaycan Ermənistanla, Rusiya isə Gürcüstanla eyni qrupa düşməyəcəklər. Fransada təşkil ediləcək EURO 2016-nın seçmə mərhələsinin püşkatması 23 fevralda baş tutacaq.

Mənbə: Milli.Az