Qadin.NET / Hava haqqında - 25.01.2014

Hava haqqında - 25.01.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində tutulacağı, gecəyə doğru yağıntılı olacağı gözlənilir.Temperatur gecə 2-4°, günün birinci yarısında 5-7°, axşam 0-2° isti, Bakıda gecə 2-4°, günün birinci yarısında 5-7°, axşam 0-2° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 766 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə az qar yağacağı, duman olacağı gözlənilir.Temperatur gecə 3-8°, bəzi yerlərdə 14°-dək şaxta, gündüz 3-7° isti, bəzi yerlərdə 2°-dək şaxta təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava, əsasən, yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.Temperatur gecə 2-5°, gündüz 5-9° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.Temperatur gecə 0-5°, gündüz 5-9° isti, dağlarda gecə 2-7°, gündüz 0-3° şaxta təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, arabir duman olacaq.Temperatur gecə 1-6° isti, gündüz 8-13° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacaq.Temperatur gecə 3-6°, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti təşkil edəcək. 
Mənbə: Milli.Az

 

25 yanvar 2014
GO BACK