Qadin.NET / Azərbaycanda təhlükəsizlik standartlarında yenilik

Azərbaycanda təhlükəsizlik standartlarında yenilik

 

"Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avtomobillərin təhlükəsizliyi sistemi tələblərinə qarşı daha sərt standartlar hazırlayacaq". Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət Komitəsinin sədriRamiz Həsənov mətbuat konfransında deyib.Onun sözlərinə görə, bu, avtobanlarda (120 kilometr/saatadək) hərəkət sürətinin artması ilə bağlıdır ki, bu da daha təkmiləşdirilmiş təhlükəsizlik sisteminə ehtiyac yaradır.R.Həsənov avtomobillərdə təhlükəsizlik yastıqlarının və avtomobillərin digər vacib hissələrinin artırılması imkanlarının olduğunu qeyd edib: "Bu, avtomobil sürücülərinin təhlükəsizliyinin təmin edilməsi baxımından zəruridir. Ölkədə avtomobillərin sayı artır və onların bir qismi yüksək ekoloji standartlara cavab vermir. Ekoloji vəziyyətin yaxşılaşdırılması və vətəndaşların sağlamlığının müdafiəsi məqsədi ilə bu avtomobillərin dövriyyədən mərhələli və ziyan vermədən çıxarılması vətəndaşlar üçün aktual məsələdir".Komitə sədrinin sözlərinə görə, hazırda bu istiqamətdə də fəal işlər aparılır.

Mənbə: Milli.Az

24 yanvar 2014
GO BACK