Qadin.NET / Ankara Əsədi dialoqa çağırdı

Ankara Əsədi dialoqa çağırdı

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bəşər Əsəd hakimiyyətini müxalifətlə dialoqa çağırıb.Milli.Az TRT-yə istinadən bildirir ki, Ə.Davudoğlu CNN televiziyasına verdiyi açıqlamada Cenevrə müzakirələrinin tarixi bir fürsət olduğunu və Əsəd hakimiyyətinin qaralama kampaniyalarından əl çəkərək, müxalifət nümayəndələri ilə razılığa gəlməli olduğunu bildirib.Dünya İqtisadi forumu üçün Davosda olan Davudoğlu CNN-dən Kristina Amanpurun qonağı olub.Nazir 2-ci Cenevrə Konfransının Suriyadakı vətəndaş müharibəsini bitirmək üçün böyük bir fürsət olduğunu xüsusi ilə vurğulayıb.Amanpurun Əsədin Türkiyəyə qarşı ittihamlarını xatırlatmasına Davudoğlu " nə rejimdən qaçan 700.000 insanı, nə də onlara sığınacaq verən bir ölkəni terroristlikdə günahlandırmaq olmaz" deyib.Əsəd rejiminin sistemli işgəncələrini sübuta yetirən foto şəkilləri də xatırladan Davudoğlu Suriyada həyata keçirilən cinayətlərin İkinci Dünya müharibəsindəki qətliamları belə geridə buraxdığını deyib.Amanpur son olaraq " ABŞ-nın Misir məsələsində doğru tərəfi dəstəklədiyini düşünürsünüzmü?" deyə soruşub.Xarici işlər naziri isə suala cavabında "Əslində siz bu sualı ABŞ dövlət katibi Con Kerriyə verməlisiniz. Ancaq Ərəb Baharı ilə əlaqədar Türkiyənin prinsipləri bəllidir və biz bu fikirimizdən daşınmamışıq. Bizim məqsədimiz Misirdə bəlli bir qrupu deyil,  demokratiyanı dəstəkləməkdir. Biz seçilmiş bir prezidentin seçimdən kənar devrilməsinə etiraz etdik" deyib.
Mənbə: Milli.Az

 

24 yanvar 2014
GO BACK