Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 19-cu özüldən 73 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.Milli.Az-ın məlumatına görə, Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyu məhsuldar qatın Balaxanı lay dəstəsinin X horizontundan 2825-2785 metr intervaldan sutkalıq 90 ton neft və 15 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.Təmir işləri "28 May" adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib.
Mənbə:Milli.Az