Qadin.NET / Ən dayanıqlı ev tikildi

Ən dayanıqlı ev tikildi

 

"Tsunami Hous" (Sunami ev) adlanan bu bina zəlzələ, daşqınlar, sel və sunamiyə davamlı konstruksiya kimi təqdim olunur.
ABŞ-ın Vaşinqton ştatındakı Kamano Aylenddə, Atlantik okeanın sahilində inşa edilmiş bu evin ikinci mərtəbəsi 2,7 metr hündürlüyü olan polad karkas üzərindədir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sel və ya daşqın zamanı evin birinci mərtəbəsindəki şüşələr sınır, suyu buraxır.Suyun dağıdıcı qüvvəsi parçalandığından dayaq sütunlarına düşən güc azalır və ev dağılmır.Evin layihəsi "Northwest Architects" memarlıq bürosuna məxsusdur.Büronun mütəxəssislərinin dediklərinə görə, ev 2,4 metr yüksəklikdə olacaq dalğalara, Rixter şkalası ilə 7,8 bal gücündə zəlzələyə və 120 km/saat sürətə malik küləyə davamlıdır.
Mənbə: Milli.Az
24 yanvar 2014
GO BACK