Qadin.NET / Milli Məclisə notebookla giriş də qadağan olundu

Milli Məclisə notebookla giriş də qadağan olundu

 

Milli Məclisə smartfon və android sistemli telefonlarla yanaşı, notebookla daxil olmaq da qadağan edilib. Lent.Az-ın “azvision.az”a istinadən xəbərinə görə, bu gün parlamentin Regional komitəsinin iclasında iştirak edən jurnalistlərə kompüterlərlə Milli Məclisə daxil olmağa icazə verilməyib. Mətbuat nümayəndələri kompüterlərini binanın girişində qoyduqdan sonra iclasda iştirak edə biliblər.Bildirilib ki, Milli Məclisin fevralın 3-ə təyin olunan plenar iclasına da notebooklarla daxil olmaq mümkün olmayacaq.

Mənbə: Lent.Az

24 yanvar 2014
GO BACK