Qadin.NET / Bakı bazarlarında yeni bahalaşma

Bakı bazarlarında yeni bahalaşma

 

Bakı bazarlarında meyvə-tərəvəzin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılıb. Bununla bağlı anspress-in ilk dayanacağı yer öz ucuzluğu ilə tanınan Yaşıl bazar olub. Satıcılarla söhbətimizdən belə başa düşdüm ki, hər bir meyvə-tərəvəzin qiyməti ən azı 10 qəpik artıb. Məsələn əvvəllər 70-80 qəpik arası olan almanı indi 1 manat 10 qəpiyə ala bilərsən. Armud, kivi və ananas isə 2 manatdan satılır. Naringi və narın qiyməti 1 manat 50 qəpiyə, heyva, mandarinin isə 1 manata satıldığını gördük. Banana gəlnicə əvvəl 2 manata, 2 manat 20 qəpiyə satılan banan indi alıcılara 2 manat 50 qəpiyə təklif olunur. Tərəvəzlərin də qiymətində artım var.Pomidor və xiyar 1 manat 50 qəpik, bibər 3 mana, badımcan 1 manat 40 qəpikdən başlayan qiymətlərlə 2 manata qədər, kartof 90 qəpik, 1 manat 50 qəpik, soğan 50-60 qəpik, yerkökü isə 60 qəpiyə idi. Bu sadaladığım qiymətlərin hamısında 10-20 qəpik arası artım var. Meyvə-tərəvəzin qiymətinin artımını satıcılar benzinin qiymətinin qalxması ilə bağladılar. Çünkü əvvəlki aylara nisbətən indi bazarlara çıxarılan malın özü alverçilərə baha satılır. Onlarda məcburiyyət qarşısında qalıb qiymətləri artırırlar. Hər halda satıcılar belə deyir.Daha burada vaxt itirmədən yollandıq bir qədər qiymətlərin baha olması ilə tanınan Yasamal bazarına. Yaşıl bazara nisbətən Yasamal bazarında qiymət artımı ciddi şəkildə nəzərə çarpır. Məsələn, Yaşıl bazarda 1 manat 1 qəpiyə gördüyümüz alma burada 1 manat 50 qəpiyə və 2 manat arası satılır. Armud, kivi, bananın isə qiyməti elə burada da 2 manata idi. Nar və naringinin qiyməti də Yaşıl bazardakı kimi 1 manat 50 qəpiyədir. Heyvanın isə qiyməti 50 qəpik artaraq o da bir manat 50 qəpiyə satılır.Xurma 2 manata, ananas isə 3 manata satılır. Tərəvəzlərin qiymətinə gələndə pomidorun qiyməti Yaşıl bazardakı ilə eyni idi. 1 manat 50 qəpik. Elə kartofu da 1 manat 50 qəpiyə ala bilərsən. Xiyar 1 manat 20 qəp., bibər 2 manat 50 qəp., badımcan 2 manat, soğan 60 qəpik, yerkökü isə 80 qəpiyə idi. Həmsöhbət olduğumuz alıcılar bu cür qiymətlərlə bazardan nəsə almağın çox çətin olduğunu dedilər.Ailələrdə ən çox isitfadə edilən ətin qiymətinə gəlincə isə hələlik qiyməti stabil qalan, deyəsən, təkcə ətdir. Hər iki bazarda dana ətinin qiyməti 8 manata, quzu əti isə hər bazarda fərqli idi. Yaşıl bazarda quzu əti 10 manata olduğu halda Yasamal bazarında 11 manata idi.

Mənbə: Milli.Az

24 yanvar 2014
GO BACK