Qadin.NET / Klubumuz planetin ən güclü kollektivləri ilə mübarizə aparacaq

Klubumuz planetin ən güclü kollektivləri ilə mübarizə aparacaq

 

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) bir günlük Almatı Turuna (Tour of Almaty) 1.1 kateqoriyasının verilməsi ilə bağlı qərar qəbul edib. Bu isə o deməkdir ki, cari ilin avqustun 3-də keçiriləcək nüfuzlu yarışda Pro Tur komandaları da iştirak edəcək.
Velosiped Federasiyasından Milli.Az-a verilən məlumata görə, artıq təşkilatçılar “Tour of Almaty”da iştirak etmək üçün 20 komandaya dəvət göndəriblər ki, bunların içərisində “Astana Pro Team”, “Katusha Team”, “Giant-Shimano”, “Movistar”, “Omega Pharma - Quick-Step” kimi dünya liderləri də var.
Diqqət çəkən məqam Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku Cycling Project” Kontinental komandasının planetin ən güclü kollektivləri ilə mübarizə aparmaq üçün növbəti dəfə Astana Turuna dəvət almasıdır. İştirakçılar birgünlük yarışda 186 km məsafə qət etməlidirlər.
Mənbə: Milli.Az
24 yanvar 2014
GO BACK