"Azərbaycanda Avro-4 ekoloji standartlarının qəbul edilməsi barədə qərar ölkəyə gətirilən avtomobillərin sayının artması ilə bağlıdır ki, bu da ətraf mühitə və vətəndaşların sağlamlığına mənfi təsir göstərir". Trend-in məlumatına görə, bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov mətbuat konfransında deyib.Onun sözlərinə görə, ölkəyə 100 minə yaxın avtomobil idxal olunub ki, bunun da 50 mindən çoxu işlənmiş avtomobillərdir: "2011-ci ildə bu göstərici müvafiq olaraq 64 və 27 min təşkil edib".R.Həsənov qeyd edib ki, bu, böyük göstəricidir, ətraf mühitə və insanların sağlamlığına təsirin artdığını göstərir.
Mənbə: Milli.Az